Nazirlik rəsmisi: “Payız aylarında ikinci dalğanın olması ehtimal edilir”

“Bir çox ölkələrdə koronavirusun ikinci dalğası artıq başlayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, əslində, dövlət səviyyəsində görülən tədbirlər ölkəmizdə virusun ikinci dalğasının qarşısının alınması ilə bağlıdır:
“Tədbirlər görməklə biz bunun qarşısını ala bilərik. Təmizliyə və qorunmaya riayət etsək, epidemiyanın qarşısını ala bilərik. Amma əksinə olsa, bu virus daha da güclənə bilər.
Payız aylarında havaların dəyişməsi ilə bağlı ikinci dalğanın olması ehtimal edilir. Bunun qarşısını almaq üçün qaydalara riayət etməliyik”.


Tarix: 20-07-2020, 17:32 Oxunub: 425


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031