Maşına baxma, ürəyə bax..

Ötən gündən başlayaraq Azərbaycanda yaşayanlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə əllərindən gələni etməyə çalışırlar.
Bu gün də davam edən yardım kampaniyasına yaşından və sosial imkanlarından asılı olmayaraq, az qala, hər kəs qoşulmağa çalışır.  
Sosial media hesablarında yayılan və böyük diqqət çəkən foto buna bariz nümunədir. Həmin fotoda görünür ki, küçədə hərəkət edən köhnə “007” markalı avtomobilin üzərinə yardım məqsədilə aparılan yorğan-döşək yığılıb. Onları ünvanına çatdırmaq üçün tələsən sürücü eyni zamanda maşınından böyük Türkiyə bayrağı da asıb. 
Bu görüntünü paylaşan sosial şəbəkə istifadəçiləri fotoya müxtəlif şərhlər veriblər: “Dünya boyda ürək”, “Qardaşa köməyə tələsən insan”, “Maşına baxma, ürəyə bax...”


Tarix: 8-02-2023, 15:35 Oxunub: 286


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031