Avtobus dayanması üçün yer var, amma onu gözləyən insanlar üçün yer yoxdur

     Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində avtobus dayanması üçün yer var, amma onu gözləyən insanlar üçün yer yoxdur. Bu soyuq və küləkli havada çox demirəm, cəmi 5 dəqiqə səlahiyyətli şəxsləri gətirib burada gözlətmək lazımdır.
    Bizdə ictimai nəqliyyatdan istifadə edənlərə adam kimi baxmırlar. Hələ bu yağışlı hava və ya qarda olanda necə olur, onu düşünmək belə istəmirəm. Lazımsız şüşə dayanacaqlarını demirəm, normal soyuqdan, yagişdan qorumasi olan dayanacaqlar inşa edin. Onsuz da avtobuslarınız ayda bir dəfə gəlib keçirlər. Barı insanlar gözləyəndə xəstələnməsinlər.

Səbuhi Axundov


Tarix: 21-12-2022, 10:24 Oxunub: 217


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031