Saytımızda dərc olunan "Bakıda ağaclar texnika ilə kökündən çıxarılır - VİDEO" sərlövhəli yazıya Səbail Rayon İcra Hakimiyyəti münasibət bildirib...

Saytımızda 15.11.2022-ci ildə dərc olunan  "Bakıda ağaclar texnika ilə kökündən çıxarılır - VİDEO" sərlövhəli yazıya  (https://mail.atia.az/gundem/7971-bakda-aaclar-texnika-il-kkndn-xarlr-vdeo.html) Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən münasibət bildirilib.  Səbail Rayon İcra Hakimiyyətinin cavabını təqdim edirik:

   
"Salam. Məlumat üçün qeyd edirik ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdədir. Tərəfimizdən bir müddət əvvəl ünvana yerində baxış keçirilmiş və qaldırılan məsələ ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilmişdir.
Müvafiq qurum tərəfindən görülmüş tədbirlər nəticəsində mülkiyyət sahibinə protokol tərtib edilərək, qanunamüvafiq qaydada cərimə məbləği tətbiq edilmişdir".
 


 

Tarix: 17-11-2022, 13:41 Oxunub: 302


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031