Karantində çimərliklərdən istifadə məsələsi müzakirə ediləcək - VİDEO

Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələ müzakirə olunacaq. 
Bunu AzTV-nin “Hədəf” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
O deyib ki, yaxın müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Qruplarda Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təmsil olunacaq. Onlar çimərliklərdə monitorinq aparacaqlar.
“Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Ən azı, bunu düşünmək istəyirik,” - deyə Y.Qarayeva bildirib. 
[video=]


Tarix: 17-07-2020, 23:24 Oxunub: 2 271


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031