Azərbaycanda bu şəxslərin qaz borcları silinməyəcək - RƏSMİ


"2019-cu ilin yanvarın 1-dən məcburi köçkünlərlə bağlı təyin olunan limitlər ləğv edilmişdi. Bu müddətə qədər müəyyən limitlər təyin olunmuşdu. Qış aylarında hər ailə üzvünə 45 kubmetr, yaz və payız aylarında 35 kubmetr, yay aylarında isə bu limit 25 kubmetr idi. Yəni yay aylarında dörd nəfərlik ailə 150 kubmter qaz sərf edibsə, bu halda 100 kubmetri dövlət tərəfindən, qalan hissəsi ilə abonentin özü tərəfindən ödənilməlidir".
Bu sözləri  açıqlamasında "Azeriqaz" İB-nin şöbə rəisi Rövşən Məhyəddinov bildirib.
O əlavə edib ki, bununla bağlı 70 faiz abonentdə ödənişlər təmin olunub: "Qalan 30 faiz abonentdə bu ödəniş tam aparılmadığı üçün onların hesablarında 1000 manata qədər borclar yaranıb. Nazirlər Kabinetinin qərarına əsasən, artıq bu borclar abonentlər tərəfindən təmin olunmalıdır".

ARB-24


Tarix: 5-09-2022, 11:52 Oxunub: 143


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930