“Tarqovı”da tüstüləmə – Əhali təxliyə edildi

    Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.
    Bu barədə  DİN-in mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Səbail rayonu, Nizami küçəsində yeraltı rabitə xətlərində yanğın baş verməsi barədə  məlumat daxil olduqdan dərhal sonra Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Yanğın söndürülüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə baş verən ərazidədir.
İlkin ehtimala görə, Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olub. 
 Hadisə zamanı xəsarət alan olmayıb. Bildirlib ki, vəziyyət nəzarət altındadır. 

    Hazırda hadisənin hansı səbəblərdən baş verməsi  araşdırılır.


Tarix: 12-07-2022, 06:35 Oxunub: 339


Bölməyə aid digər xəbərlər
22-09-2020, 19:26 "Torqovı"da mağaza yanıb


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930