Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir


Düşmənə qarşı həm qələmi, həm də süngüsü ilə döyüşən jurnalistin səhhəti kritikliyini qoruyur.
 
Məşhur jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.
Bu barədə  jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib. Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti hələ də kritik olaraq qalmaqdadır.
Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə medallarla təltif edilib.



Tarix: 19-05-2022, 08:38 Oxunub: 386


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031