Mingəçevirdə kanalda batan əsgərin meyiti tapıldı...

Aprelin 16-da Mingəçevirdə kanalda batan şəxsin meyiti tapılıb.

Əldə etdiyimiz məlumata görə, onun cəsədi Yuxarı Qarabağ kanalının Mingəçevir şəhərinin "Vaqon şəhərciyi" deyilən məntəqəsi yaxınlığından keçən hissəsində aşkarlanıb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, suda batan şəxs 19 yaşlı Allahverdi Əhmədovdur. İlkin araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov bir neçə gün əvvəl qulluq etdiyi hərbi hissədən 10 günlük məzuniyyətə çıxaraq yaşadığı Mingəçevir şəhərinə gəlib. Aprelin 16-da isə Allahverdi yaşadığı evi tərk edib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, A.Əhmədov 6 ayın əsgəri olub.


Tarix: 1-05-2022, 04:58 Oxunub: 715


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031