Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldü - AÇIQLAMA

Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmə olub. 
“Bakı Metropoliteni” QSC bununla bağlı açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, bu gün saat 18:37-də “Həzi Aslanov – Dərnəgül” xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə “Nizami” stansiyasından depoya göndərilib.
O, həmçinin qeyd edib ki, sərnişinlər “Nizami” stansiyasında düşürülüb. Bundan sonra depoya göndərilən qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
Qeyd edək ki, bu gün axşam saatlarında sözügedən istiqamətdə qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub.


Tarix: 19-01-2022, 19:40 Oxunub: 549


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031