COVID-19 testlərinin fərqli nəticə göstərməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

"Xəstəliyin ikinci həftəsində infeksiya aşağı tənəffüs yollarına düşür. Bu səbəbdən həmin vaxt götürülən PCR testi neqativ nəticə verə bilər" -  bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, tibbdə 100 faizlik nəticə yoxdur: “Bəzən şikayətlər olur ki, kimsə bir neçə günlük fasilə ilə test verir və nəticə fərqli olur. Testlər standart olmadığına görə fərqli cavabların alınması təbiidir. Hər hansı anticisimlərin olması da qoruyuculuq demək deyil. Seroloji testlərə etibar etmək o qədər də uyğun deyil. Əsas effektiv üsul PCR yaxma testinin aparılmasıdır”


Tarix: 15-09-2021, 15:20 Oxunub: 282


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031