“Respublikanski”nin yeni rəhbəri “qoçu” saxlayır – Video

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi dəyişdikdən sonra burada cəngəllik qanunları daha böyük miqyasda hökm sürür.
 Telman İbadovun yerinə Azər İsmayılov təyin olunduqdan sonra xəstəxananın qapısında “qoçu” saxlanılır.
El arasında “Respublikanski” kimi tanınan bu xəstəxanada indi gestapo rejimi yaradılıb. Bu günlərdə vətəndaş İbrahim Lələyevin Ağdaşdan bura gətirilən bacısının vəziyyəti ilə bağlı müsahibə verərkən xəstəxananın işçisinin jurnalistin üstünə hücum çəkməsi, ona müdaxilə etməsi və mikrofonun qırması xəstəxananın necə idarə edildiyini göstərir. Sanki mafiya qaydaları ilə fəaliyyət göstərirlər. Jurnalistin mikrofonunu qırmaq, heç bir əsas olmadan şikayətçinin dərdini danışmasına zor tətbiq etmək məsuliyyətə cəlb edilmək üçün əsas yaradır.
Həmin kadrlar yayıldıqdan sonra “Respublikanski”nin “qoçu”su haqda tədbir görülməliydi. Axı ona kim ixtiyar verib ki, mediaya təzyiq göstərsin?
Əgər yeni baş direktor Azər İsmayılov ona bu “səlahiyyəti” veribsə, deməli, baş direktor çox yaxşı siftə edib, qoçu saxlamaqla ad çıxarıb.

Reportyor.info


Tarix: 6-09-2021, 18:49 Oxunub: 428


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031