Bu şəxslər peyvənd oluna bilməz

Xroniki allergiyanın kəskinləşməsi zamanı insanlar koronavirusa qarşı peyvənd oluna bilməzlər.
Bu barədə rusiyalı immunoloq Nadejda Loqinina danışıb. Onun sözlərinə görə, peyvənd yalnız sabit remissiya dövründə, bədəndə patoloji proseslər olmadığı zaman edilə bilər.

"Allergiya halında ödem istənilən orqanda və istənilən toxumada lokallaşdırıla bilər. Mədə-bağırsaq traktının, yuxarı tənəffüs yollarının, ağciyər və beyin toxumasının ödemi ola bilər.

Allergik reaksiyalara laqeyd yanaşmaq olmaz. Bunlar peyvənd üçün ciddi əks göstəriş olan xroniki xəstəliklərdir", - ekspert açıqlamasında bildirib.


Tarix: 12-04-2021, 08:55 Oxunub: 580


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031