Azərbaycanlı mütəxəssis ABŞ bankında direktor təyin olundu

Azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyev ABŞ-ın “Morqan Stenli” bankında rəhbər vəzifəyə təyin olunub.
ATİA.AZ-a verilən xəbərə görə, o, nüfuzlu investisiya bankı olan və nümayəndəliyi Almaniyanın Frankfurt şəhərində yerləşən “Morqan Stenli”də likvidliyə nəzarət üzrə direktor təyin olunub.
Onu da bildirək ki, Huseyn Əliyev daha əvvəl ABŞ-ın “Qoldman Saks” bankının nümayəndəliyində xəzinə likvidliyi üzrə baş mütəxəssis vəzifəsində işləyib.
Qeyd edək ki, “Morqan Stenli” mərkəzi ABŞ-ın Nyu-York şəhərində yerləşən investisiya bankıdır.


Tarix: 2-02-2021, 18:38 Oxunub: 456


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031