Haker hücumu nəticəsində peyvəndlər barədə məlumatlar sosial şəbəkəyə sızdırılıb

Avropa Dərman Agentliyinə haker hücumu zamanı sosial şəbəkələrə koronavirusa qarşı “Pfizer” və “BioNTech” peyvəndləri barədə məlumatlar sızdırılıb.
Bu barədə “Bloomberg” xəbər yayıb.
Sızdırılan sənədlər İtaliyanın “Yarix” kiber təhlükəsizlik şirkəti tərəfindən aşkarlanıb.
Hakerlər “darknet” şəbəkəsində peyvənd istehsalı və marketinq kampaniyasına dair gizli məktubları və sənədləri dərc ediblər.
Avropa İttifaqından olan nümayəndə haker hücumunun və sənədlərin sızmasının preparatların qeydiyyata alınmasına və istehsalına təsir göstərmədiyini bildirib.
Bundan sonra “Pfizer” səhmləri 2,2%, “BioNTech”in Amerika depozit qəbzləri isə 5,1% dəyər itirib.


Tarix: 13-01-2021, 20:29 Oxunub: 299


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031