Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.
İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Tarix: 27-12-2020, 22:38 Oxunub: 476


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031