“WhatsApp”dan möhtəşəm yenilik

“WhatsApp” messencerinin kompüter və veb versiyalarında zənglər mümkün olacaq.

Yenilik barədə “ATIA.AZ”   məlumat verir.

Proqram tərtibatçıları audio və video zənglərin ötürülməsi funksiyasını fəal şəkildə sınaqdan keçirirlər. Kompyuter versiyasının bəzi istifadəçiləri artıq proqramın yenilənmiş interfeysini əldə edə biliblər - pəncərədə audio və video zəng düymələri görünüb.

Yeniliyin tarixi rəsmi olaraq elan edilməyib. Lakin, opsiyanın yaxın həftələrdə bütün istifadəçilər üçün əlçatan olacağı vurğulanıb.


Tarix: 20-12-2020, 08:29 Oxunub: 318


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031