Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək? - VİDEO

Sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud fikirlər əhali arasında narahatlıq yaradıb. 
Bu məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirmək üçün aidiyyəti orqanlara müraciət etdik.
Məsələ ilə bağlı ATİA.AZ-a  açıqlama verən, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev sözügedən iddiaların əsassız olduğunu deyib.
O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskaların çeşidlərinə və ya rənglərinə hər hansı bir məhdudiyyət tətbiq olunmur:
“Sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə ərazisində bütün qapalı və açıq məkanlarda, ictimai yerlərdə müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Xatırladım ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.


Tarix: 13-12-2020, 09:25 Oxunub: 321


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930