2 yaşın mübarək Banu bala!

   
Bu gün Banu balanın doğum günüdür. Tam 2 il bundan öncə o dünyaya göz açdı. Banunun dünyaya gəlişi Tanrının Seyidovlar ailəsinə ən böyük hədiyyəsi oldu.
Əzizimiz və sevimlimiz Banunu Ad günü münasibətilə atası, anası Fəridə xanım, babası Sabir müəllim nənəsi Suqra xanım ürəkdən təbrik edir, ona cansağlığı, mənalı və xoşbəxt həyat arzulayırlar.
Ziyalı baba Sabir muəllim nəvəsi Banunu çox sevərək, onun həyatda yuksək mənəviyyatlı zəngin elmli və əsil insan kimi formalaşmasını arzu edir. Bu gozəl arzular ziyalı xanım, Banunun nənəsi Suqra xanımın da həyatda ən umdə arzularıdır.
 


Bu gün onu canından artıq sevən nənəsi Suqra xanımın təklifi ilə Banu balamıza şeir ərməğan edirik.

Deyirəm nənə olmaq
Nə gözəl arzu imiş,
Sən demə oğul nəvəsi
İnsanın canı imiş.

Banu qədəm qoyub
- Gəlib ailəmizə,
Gülüş, xoş müjdə,
Ruzi,fərəh gətirib bizə.

Hər baxışı bir nağıl,
Təbəssümü günəşdir
İstidə sərin bir meh,
Qışda isti atəşdir.

Hər birimiz min arzu
Min diləklə baxırıq,
Bircə gün görməyəndə
Sıxılır darıxırıq.

Kamallı və ədəbli
Gözəl bir xanım olsun
Oxuyub, təhsil alıb
Ziyalı bir gənc olsun

Biz də baxıb, qürurla
-Qızım, Əhsən! söyləyək,
Fədakarlıq dağının
Zirvəsində biz görək

Qədirbilən, xeyirxah
Ləyaqətli qız ol sən
Adınla fəxr eləsin
El-oba, Ana Vətən!

Mən də bir nənə kimi
Xeyir-bəhrəni görüm
Ömrüm boyu:-İlahi Sənə
Şükürlər olsun deyim.


Biz də redaksiya heyətimiz adından Banuya saglam və gumrah boyuməyi, bir gun məktəbin əlaçı məzunu olaraq, nənəsinin arzuladıgı kimi ag xalatlı həkim kimi vətənə xidmət etməyi arzulayırıq.


Tarix: 14-11-2020, 17:42 Oxunub: 1 772


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930