Füzuli şəhəri və 7 kəndi işğaldan azad edilib

"Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri.
Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır! Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Prezident qeyd edib ki. Füzuli şəhərindən əsər-əlamət qalmayıb, binalar, evlər sökülüb və talan edilib. 


Tarix: 17-10-2020, 18:16 Oxunub: 283


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930