Azərbaycan tərəfdə vuruşmağa hazırıq – SEPAH generalı

İran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır.
QanunXəbər.com Publika.az-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm deyib.
SEPAH generalı bildirib ki, Azərbaycan müraciət edərsə, İran dəstək verəcək.
“İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, - Rəhim Noyi Əqdəm vurğulayıb.
Qeyd edək ki, Rəhim Noyi Əqdəm I Qarabağ müharibəsində Azərbaycan tərəfində döyüşüb. O, Fəxri fərman və medallarla, həmçinin Heydər Əliyev tərəfindən simvolik qılıncla mükafatlandırılıb.


Tarix: 13-10-2020, 23:52 Oxunub: 315


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031