Telefona daxil olub, pulları çəkirlər - Necə qorunmalı?

    "Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır." -  bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas özünün sosial şəbəkə hesabında yazıb.
 
      "Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər - "apk"  faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.
 
    Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.
 
     Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin", - mütəxəssis bildirib.



Tarix: 28-09-2024, 09:01 Oxunub: 547


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031