Sakinlərə poçtla naməlum toxum göndərdilər

ABŞ-ın Virciniya ştatının sakinlərinə Çindən gəldiyi və invaziv bitki növlərinin toxumu ola biləcəyi güman olunan toxumlar göndərilib.
Ştatın Kənd Təsərrüfatı Departamentinin (VDACS) veb saytında yayımlanan məlumatda bildirir ki, bir neçə ştat sakininə Çindən qaynaqlandığı görünən, içində toxum olan sifariş etmədikləri bağlamalar gəlib:
“Bağlamalardakı toxumların növü bilinmir, onlar invaziv bitki növləri ola bilər. Xahiş olunur, bu toxumları əkməyin”.
Toxum bağlaması alan hər kəsdən yerli hakimiyyət orqanlarına müraciət etmələri xahiş olunub.


Tarix: 25-07-2020, 14:00 Oxunub: 385


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031