Yadplanetli orqanizmlərin insanlar üçün təhlükəsi sübut edildi

İnsanlar da daxil olmaqla, məməlilərin immun sistemi yadplanetli mikrobları aşkar etmək və onlarla mübarizə aparmaqda çətinlik çəkə bilər.
Lenta.ru-nun məlumatına görə, İngiltərədəki Ekseter və Aberdin Universitetlərinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri “Microorganisms” jurnalında dərc olunub.
Tədqiqatçılar siçanların immun hüceyrələrinin Yer üzündə nadir tapılan, lakin meteoritlərdə rast gəlinən iki amin turşusu olan peptidlərə (aminturşu zəncirlərinə) reaksiyasını yoxlayıblar. Məlum olub ki, onlara olan reaksiya adi peptidlərə nisbətən daha zəifdir.
Bu səbəbdən Yerdən kənar mikroorqanizmlər həm idarə olunan kosmik missiyalar üçün, həm də kosmik gəmilərin geri döndüyü zaman Yerdəki insanlar üçün ciddi təhlükə yarada bilər.


Tarix: 24-07-2020, 13:49 Oxunub: 416


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031