Türkiyə kəşfiyyatı yunan casusu saxlayıb...

   "Star" qəzetinin məlumatına görə Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) casusluq etdiyi aşkarlanan Yunanıstan vətəndaşını saxlayıb.
  Yunanıstan vətəndaşı Mohammed Amar Amparanın sahibkarlıq adı altında Türkiyəyə səfərlər etdiyi, casusluq fəaliyyətini ticarətlə ört-basdır etdiyi vurğulanır. Amparanın məqsədi sərhəddə Yunanıstan kəşfiyyatına Türkiyə Silahlı Qüvvələrinin bölmələri haqqında məlumat ötürmək olub.
   Bundan əlavə, o, Türkiyədəki suriyalılar və ölkədə qadağan olunmuş FETÖ-nün tərəfdarları haqqında məlumatlar toplayıb.


Tarix: 26-06-2022, 06:46 Oxunub: 553


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031