SON DƏQİQƏ: Qardaş ölkədə PARTLAYIŞ - 25 yaralı var...

Pakistanda polis bölməsinin yaxınlığında törədilmiş partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

ATİA.AZ xəbər verir ki, bu barədə "Samaa" telekanalı yerli polisə istinadən xəbər verir. Qeyd edilir ki, hadisə Ravalpindi şəhərində baş verib. Xəsarət alanlar arasında uşaq da var. Uşaq da daxil olmaqla, zərəçəkənlərdən üçünün vəziyyəti ağırdır. Məlumata görə, yaralılardan üçünə hadisə yerində tibbi yardım göstərilib. Polisin ilki məlumatına görə, hadisə qumbara partlayışı ilə törədilib. Ərazi polis tərəfindən əhatəyə alınıb, təhqiqat aparılır.  


Tarix: 13-12-2020, 16:06 Oxunub: 320


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031