Suriyada yeni hökumət quruldu

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ölkənin yeni hökumətinin tərkibini açıqlayıb və onu "dəyişikliklər hökuməti" adlandırıb.

Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Əş-Şaraa vurğulayıb ki, yeni hökumətin prioritetləri korrupsiyaya qarşı mübarizə, ordunun inkişafı və iqtisadiyyatın gücləndirilməsi olacaq.

Telekanalın məlumatına görə, xarici işlər naziri Əsəd əş-Şeybani və müdafiə naziri Mirhaf Əbu Qusra öz postlarını qoruyublar. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Xəttab daxili işlər naziri təyin edilib.

Əmək və sosial məsələlər naziri Hind Kabavat isə yeni hökumətdə yeganə qadın olub.


Tarix: 30-03-2025, 13:15 Oxunub: 1 001


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031