İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.  Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Tarix: 27-01-2025, 12:35 Oxunub: 698


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031