09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
ASALA türk diplomatını necə şəhid edib və 44 il əvvəl Sidneydə nə baş verib?
1980-ci il dekabrın 17-də Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və onun mühafizəçisi Engin Sever erməni terror təşkilatı ASALA tərəfindən törədilən sui-qəsd nəticəsində şəhid edilib.
Bölməyə aid digər xəbərlər
1980-ci il dekabrın 17-də Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və onun mühafizəçisi Engin Sever erməni terror təşkilatı ASALA tərəfindən törədilən sui-qəsd nəticəsində şəhid edilib.Belə ki, həmin gün səhər saat 09:45-də Şarık Arıyak konsulluğa getmək üçün evindən çıxarkən Sidneyin Dover Heights bölgəsindəki Portland küçəsində hücuma məruz qalıb. Baş konsul və mühafizəçisi Engin Sever ayrı-ayrı avtomobillərdə hərəkət ediblər. Üzləri tam örtülü, dəbilqələr taxmış iki naməlum şəxs motosikletlə hadisə yerinə yaxınlaşıb. Onlardan biri motosikleti işlək vəziyyətdə saxlayarkən, digəri yaxın məsafədən əvvəl Engin Severə, sonra isə Şarık Arıyaka atəş açıb. Arıyak hadisə yerində, Sever isə xəstəxanada həyatını itirib.
Hücumdan qısa müddət sonra bərbad aksentli bir qadın Avstraliya xəbər agentliklərinə zəng edərək, hücumun məsuliyyətini "Erməni Soyqırımı Ədalət Komandoları" (Justice Commandos of the Armenian Genocide) adından üzərinə götürüb.
Şarık Arıyak kimdir?
1930-cu il martın 3-də İstanbulda anadan olan Şarık Arıyak Sivas Liseyini və Ankara Universiteti Siyasi Bilgilər Fakültəsini bitirib, təhsilini Lozanna Universitetində davam etdirib. Maliyyə Nazirliyində çalışdıqdan sonra 1959-cu ildə Xarici İşlər Nazirliyinə keçib, Roma və Seulda səfirliklərdə, Parisdə isə baş katib vəzifələrində çalışıb. 1978-ci il noyabrın 30-da Sidney baş konsulu vəzifəsinə təyin olunub.
Cinayətin araşdırılması
Hücumdan sonra cinayətkarlar ələ keçirilməyib və hadisə uzun müddət açılmamış qalıb. 2019-cu il dekabrın 17-də, hadisənin 39-cu ildönümündə, Yeni Cənubi Uels Birgə Əks-Terror Qrupu (NSW Joint Counter Terrorism Team) cinayəti yenidən araşdırmaq üçün Strike Force Esslemont adlı xüsusi qrup yaradıb. Hadisə barədə məlumat verən şəxslərə 1 milyon Avstraliya dolları məbləğində mükafat təklif edilib. Bu, Avstraliyada terror aktı üçün təklif edilən ilk milyon dollarlıq mükafat idi.
İstintaq çərçivəsində şahid ifadələrinə əsaslanaraq şübhəlilərin kompüterlə yaradılmış təsvirləri yayımlanıb. 2020-ci ilin avqustunda əldə edilən məlumatlar əsasında Sidney limanının dibindən bəzi əşyalar çıxarılıb və məhkəmə ekspertizası üçün göndərilib. 2022-ci ilin avqustunda isə hücumu xəbər agentliklərinə bildirən qadının səs yazısı ictimaiyyətə təqdim edilib.
ASALA (Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu) 1975-1994-cü illər arasında Türkiyə də daxil olmaqla türk və digər diplomatik hədəflərə qarşı bir sıra terror aktları həyata keçirib. Bu hücumlar nəticəsində 58 türk vətəndaşı, o cümlədən 31 diplomat və onların ailə üzvləri həyatını itirib. Ümumilikdə isə 77 nəfər, o cümlədən əcnəbilər də daxil olmaqla, bu hücumların qurbanı olub.
Şarık Arıyakının xatirəsinə ehtiram olaraq İstanbulda bir küçəyə onun verilib. Hər il dekabrın 17-də Türkiyənin Sidney və Kanberra şəhərlərindəki diplomatik nümayəndəliklərində anma mərasimləri keçirilir.
Bu hadisə erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri hücumların ən faciəvi nümunələrindən biridir.
Qaynarinfo
Tarix: 17-12-2024, 10:59 Oxunub: 375
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
14-07-2024, 15:36
Demokratiya bu dəfə qulağından vuruldu...
22-07-2020, 10:29
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi: Xəsarət alanlar var - FOTO
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
16-01-2022, 18:58
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
24-07-2020, 12:03
Los-Anceles polisi: “Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər”
28-01-2023, 14:04
Tehrandakı səfirliyimizə hücumla bağlı ŞOK DETALLAR
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
26-10-2021, 20:30
Stalin ona bank yarmağı tapşırdı, 36 il həbs yatdı, sevdiyi qızı qəbirdən çıxartdı - Gerçək Qurd Cəbrayıl
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
12-09-2023, 19:19
"53 İLLİK SİRR - NAMƏLUM SİRLİ QADIN" - Aygün Sadiqin araşdırmasında...
13-02-2021, 12:10
Oqtay Əsədov həbs edilir?
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
6-11-2023, 15:12
"Biz böyük Türk dünyasının bir hissəsiyik" - Anar Nəbiyev
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-03-2023, 15:40
Qarabağda vurulmuş İran sərnişin təyyarəsi - ARAŞDIRMA
28-12-2022, 09:20
Azərbaycanda DƏHŞƏT: Qardaş bacısının toyunda atasını güllələdi
1-02-2023, 08:42
Tehrandakı səfirliyimizə hücumun pərdəarxası - ARAŞDIRMA + FOTO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
















