Ronaldo Messini qabaqladı

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu "GiveMeSport"un versiyasına görə dünyanın ən məşhur futbolçularının reytinqində birinci yeri tutub. O, tarixin ən məşhur futbolçusu kimi Leo Messini qabaqlayıb. "İnter Mayami"nin argentinalı hücumçusu isə ikinci olub.

İlk beşliyə həmçinin "Mançester Yunayted" və "Real Madrid"in keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu, argentinalı Dieqo Maradona və FIFA Futbol Komissiyasının reytinqinə görə 20-ci əsrin ən yaxşı futbolçusu braziliyalı Pele daxil olub.

Siyahının tərtibi üçün meyarlar futbolçunun dünyadakı tamaşaçı kütləsi və populyarlığı, oyun səviyyəsi və karyerası ərzində, eləcə də sonradan idmana göstərdiyi təsir əsas götürülüb.


Tarix: 6-10-2024, 09:01 Oxunub: 968


Bölməyə aid digər xəbərlər
5-09-2024, 17:12 21 ildə ilk dəfə…
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031