Xamenei 2654 məhkumun əfv olunmasına “hə” dedi

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xamenei 2654 məhkumun əfv edilməsi və onların azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul edib.

İran KİV-nə istinadən xəbər verilir ki, Xamenei Qurban və Qədir Xum bayramları ilə əlaqədar hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunmuş  2654 məhkumun əfv edilməsi, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifinə “hə” deyib.

Təklifi Xameneiyə İranın ədliyyə naziri Qulam Hüseyn Möhsini təqdim etmişdi.


Tarix: 17-06-2024, 22:42 Oxunub: 258


Bölməyə aid digər xəbərlər
20-05-2024, 11:21 Rəisi kim idi?
21-07-2021, 15:07 Qurban eşq bayramıdır!
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031