Məşhur aktyoru Los-Ancelesdə güllələyib öldürdülər

Los-Ancelesdə "Westworld" serialının aktyoru Conni Vektor soyğunçular tərəfindən güllələnərək öldürülüb.

Los-Anceles Polis Departamentinin məlumatına görə, Vektor saat 3 radələrində avtomobilindən oğurluq etməyə çalışan üç şübhəlidən biri tərəfindən öldürülüb. Aktyor hücum edənləri dayandırmağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, aktyor xəstəxanada dünyasını dəyişib, onun 37 yaşı var idi.


Tarix: 27-05-2024, 13:57 Oxunub: 388


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031