“Apple” “Siri” üçün inqilabi yeniləmə hazırlayır

“Apple” illik “WWDC 2024” tərtibatçı konfransında böyük bir açıqlama verməyi planlaşdırır.
Qeyd olunur ki, əsas diqqət mərkəzində “Siri”nin generativ süni intellekt texnologiyasına əsaslanan tamamilə yenilənmiş versiyası olacaq.

Məlumata görə, yeni “Siri” sorğuları və konteksti anlamaq üçün təkmilləşdirilmiş imkanlara malik olacaq, həmçinin məşhur “ChatGPT” çatbotu kimi internetdən alınan məlumatlarla işləməyi öyrənəcək. Bundan əlavə, o bütün daxil olan mətn mesajlarını və bildirişləri təhlil edə və anlaya biləcək.

Yeni “Siri”nin əsas üstünlüklərindən biri onun məxfiliyinin artması olacaq. “Apple”dən verilən məlumata görə, sorğuların əksəriyyəti buluda göndərilmək əvəzinə birbaşa cihazda işlənəcək və bu, onları daha təhlükəsiz edəcək.

“WWDC 2024” konfransı iyunun 10-dan 14-dək keçiriləcək.


Tarix: 13-05-2024, 10:52 Oxunub: 273


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031