Rəfdən çips torbasını götürüb qaçan qarğa satıcını təəccübləndirdi

Türkiyədə bir qarğanın marketin qarşısındakı rəfdən bir paket çips götürərək uzaqlaşdığı an təhlükəsizlik kamerasına düşüb. Gülməli görüntülər Trabzonun Ortahisar rayonunda qeydə alınıb.

Kadrlarda quşun bir müddət “ovunu” uzaqdan izlədiyi, sonra diqqət çəkmədən rəfə yaxınlaşaraq çips paketini oğurlayaraq uçduğu görünür.

Dükanın sahibi videonu izlədikdə gözlərinə inanmadığını bildirib. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və böyük maraqla qarşılanıb.


Tarix: 11-05-2024, 09:44 Oxunub: 280


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031