2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu

“Hörümçək-adam: Kainatların toru” cizgi filminin xalis mənfəəti 328 milyon dollar təşkil edib. Animasiya filminin premyerası ötən ilin iyununda olub.

“Hörümçək-adam: Kainatların toru” 2018-ci ildə çəkilmiş “Kainatlardan keçərək” cizgi filminin davamıdır. Burada Maylz Moralesin sonrakı həyatından, Qvenlə yeni görüşündən və “Hörümçək adam”ın digər versiyalarından bəhs edir. Film tənqidçilər və tamaşaçılar tərəfindən son dərəcə müsbət rəylər alıb.

Franşizanın üçüncü hissəsi olan “Kainatlardan o yana” animasiyasının hələ dəqiq buraxılış tarixi yoxdur. Cizgi filminin Maylsın 2018-ci ildə başlayan hekayəsini tamamlaması gözlənilir.


Tarix: 6-05-2024, 12:53 Oxunub: 447


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031