Vyetnamda dəhşətli mənzərə: Çayda yüzminlərlə ölü balıq

Vyetnamda sakinlər dəhşətli hadisənin şahidi olublar. Belə ki, Sonq May su anbarında yüzminlərlə balıq məhv olub. Sosial şəbəkələrdə bununla bağlı qorxunc görüntülər paylaşılır. Bildirilir ki, təbii fəlakət Donq Nay əyalətində qeydə alınıb. Ekspertlər hadisəyə səbəb kimi güclü isti və həftələrlə yağışın olmamasını göstəriblər.

Qeyd edək ki, aprel ayında Donq Nay əyalətində temperatur 40 dərəcəyə çatıb, bununla da 1998-ci ildə müəyyən edilmiş temperatur rekordunu qırıb.

Temperaturun artması qonşu Kambocaya da təsir edib. Orada aprelin 30-da termometrlər 43 dərəcəni göstərib. Bu səbəbdən ölkədə mayın 1-dən etibarən məktəblər bağlanılıb, həmçinin su çatışmazlığı halında məmurların gözləmə rejiminə keçməsi barədə göstəriş verilib.


Tarix: 3-05-2024, 09:55 Oxunub: 322


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031