Alimlərdən 18-ci əsrə aid unikal tapıntı

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadir qüsurdur. Bu gün bu qüsur cərrahi yolla düzəldilir.

Artefakt Krakovdakı Müqəddəs Fransisk Assizi kilsəsinin məzarında aşkarlanıb. O 50 yaşında ölən kişinin kəllə sümüyünün ağız boşluğunda olub. Tədqiqatçıların aşkar etdiyi kimi, qeyri-adi implant 3,1 santimetr uzunluğunda və təxminən 5,5 qram ağırlığında mis və qızıl lövhəyə tikilmiş yun yastıq idi.

“Bu, yəqin ki, təkcə Polşada deyil, bütün Avropada ilk belə kəşfdir. Nə dövlət, nə də şəxsi kolleksiyalarda belə bir şey var”, - tədqiqatın aparıcı müəllifi, antropoloq Anna Spinek bildirib.


Tarix: 14-04-2024, 09:30 Oxunub: 246


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031