Millimizin sabiq güləşçisi Rusiyada həbs edildi

    Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.
    Qeyd edək ki, 2023-cü ilin martında saxlanılan Cabbar Yusifi İnterpolun axtarışında olub. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarışa verib.
   Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.

Tarix: 27-02-2024, 22:01 Oxunub: 513


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031