“Quran”ı yandıran şəxsə hökm oxundu

    Rusiyanın Qroznı şəhərinin məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyov adlı şəxsi 3,5 il həbs cəzasına məhkum edib. Sözügedən şəxs 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılıb. Sonradan onun barəsində açılan cinayət işi baxılması üçün RF Çeçen Respublikasının İstintaq komitəsinə göndərilib.
   Nikita Juravlyov məhkəmə zamanı törətdiyi əməldən peşman olduğunu bildirib və üzr istəyib. O deyib: “Müsəlmanların heysiyyatına toxunan hərəkətimə görə onlardan üzr istəyirəm”.

Tarix: 27-02-2024, 16:44 Oxunub: 260


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031