Çində yük gəmisi körpüyə çırpıldı, maşınlar çaya düşdü

   Çinin cənubundakı Quancou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi körpüyə çırpılaraq, onu dağıdıb. Xarici KİV-ə istinadla xəbər verilir ki, səhər saatlarında baş verən hadisə nəticəsində körpüdə hərəkətdə olan bir neçə avtomobil çaya düşüb. Hələlik insan tələfatı və xəsarət alanlar haqqında məlumat yoxdur. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
    Qeyd edək ki, Mirvari çayı Çinin xarici ticarət qapısı sayılan Quancou şəhəri ilə “Böyük körfəz zonası”nın digər şəhərləri, o cümlədən Honkonq arasında əsas əlaqəni təmin edir.

Tarix: 22-02-2024, 09:13 Oxunub: 324


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031