Sumqayıtdakı poliqonda yanğının söndürülməsi davam etdirilir - Video

      Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
     FHN-dən  verilən məlumata görə, hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.
    Əlavə məlumat veriləcək.


Tarix: 27-11-2023, 10:36 Oxunub: 247


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930