Xəstəxanada maaş adı ilə 73 min mənimsənildi

     "Yevlax Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
    Yevlax rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Qanunvehedef.az


Tarix: 2-08-2023, 14:16 Oxunub: 332


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031