İŞIQ DİRƏKLƏRİ VƏ PAYLAYICILAR TƏHLÜKƏ MƏNBƏYİDİR - QAZAXDA

   Qazax rayonunun Bala Çaylı kəndində 3 ədəd paylayıcı trasfomotorların  heç biri  qoruyucu   mühafizə  zolağı  ilə  əhatə olunmamış və
bu cür (şəkillərdəki kimi)  baxımsız vəziyyətdədir.
    Kənd  yeri olduğunu  nəzərə alsaq,   mal - qara  və azyaşlı uşaqlar üçün   böyük təhlükə  yaradır.   Hər an  ölümlə  nəticələnə biləcək  hadisə baş verməsi qaçılmazdır.
      Bu  cür problemlərə rayonun digər  kəndlərində də rast gəlmək mümkündür.  
     Canallı  kəndində isə   paylayıcı trasfomator  alışması nəticəsində  yanaraq zədələnən işıq dirəyi   aylardır  qəzalı vəziyətdə qalmaqdadır  və heç bir  tədbir görülməyib.


Orxan Səfərli,
ATİA.AZ


Tarix: 20-07-2023, 14:06 Oxunub: 1 553


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031