Azərbaycanda dəhşətli qəza: İki hərbçi öldü

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb”.
Məlumata görə, qəza zamanı həlak olan şəxslərin hər ikisi hərbçi olub. Onlardan biri Müdafiə Nazirliyinin giziri, digəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Tarix: 16-05-2023, 08:38 Oxunub: 308


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031