Tələbə qız özünü xəstəxananın dördüncü mərtəbəsindən atdı

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb.
Belə ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü dördüncü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.
G.Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.


Tarix: 15-03-2023, 13:09 Oxunub: 545


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031