Könüllü təlimlərini uğurla başa vuran daha dörd nəfər gənc sertifikatlarla təltif edildi - Ağstafada

   Ağstafa RİH-nin başçısı Seymur Orucov  RİH-də könüllü təlimlərini uğurla başa vuran daha dörd nəfər gənci müvafiq sertifikatla təltif edib.
Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq və ölkəmizdə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ağstafa RİH başçısı aparatında təşkil olunan iki aylıq könüllü təlimləri davam etdirilir.
Növbəti təlimlərin yekununda sertifikatları qəbul edən konüllülər, Həmişərili Şəbnəm Şahraz qızı, Hüseynova Simarə Seymur qızı, Tağızadə Ayşən Fikrət qızı və Nəbiyeva Firuzə Bəxtiyar qızı dövlət orqanlarında gənclərin  peşə vərdişlərinə yiyələnmək, təcrübi biliklərini artırmaq, fəal iştirakları üçün yaradılan yüksək şərait üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tarix: 2-02-2023, 09:13 Oxunub: 509


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031