Ər arvadının boğazını kəsib - Abşeronda

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib. 

Hadisə Xırdalan şəhərində qeydə alınıb. 

1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub. 

Apa-nın məlumatına görə, yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nikahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub. 

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb. 


Tarix: 31-05-2022, 08:26 Oxunub: 416


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031