Cəbrayılda 4 nəfər narkotiklə tutuldu...


İşğaldan azad olunmuş ərazidə narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri V.Nəzərov, əvvəllər məhkum olunmuş T.Əliyev, Şirvan şəhər sakini İ.Baxşəliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov Karxulu kəndi ərazisində saxlanılıblar.
İ.Baxşəliyev və E.Süleymanovdan 6 kiloqram 840 qram marixuana və 1700 ədəd metadon, V.Nəzərov və T.Əliyevdən isə 2 kiloqram 300 qram heroin, 10 kiloqram 630 qram marixuana, 1,300 qram metamfetamin, həmçinin 1 ədəd “TT” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı V.Nəzərovun borclu qismində axtarışda olması da müəyyən olunub.



Tarix: 29-03-2022, 14:13 Oxunub: 330


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031