09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
YALAN VƏ YALTAQLIQ ... Nəzəri təhlil
Son zamanlar cəmiyyətdə yalan və yaltaqlığın baş alıb getməsini mətbuatdan sosial şəbəkələrə kimi – hamı deyir, tənqid edir. Amma yalan da, yaltaqlıq da, sanki bunların acığına alaq otu kimi sürətlə artır, hər yerə yayılır. Təbii ki, öz-özünə yaranmır, bunun obyektiv və subyektiv səbəbləri var...
Bölməyə aid digər xəbərlər
Düşünürəm ki, əsas obyektiv səbəbi cəmiyyətdə axtarmaq lazımdır: azadlıq az, qorxu çox olan yerdə yalan hakim olur, yalan olan yerdə də yaltaqlıq çoxalır. Zira, yaltaqlıq yalanın məqsədli və ziyanlı formalarından biridir, faktiki olaraq, konkret məqsədə çatmaq üçün deyilən yalan tərifdir. Doğrudur, konkret məqsədi olmayan yalanlar olur, amma konkret məqsədi olmayan yaltaqlıq olmur. Məsələn, TV-də 70 yaşlı qocanın əlinə silah götürüb Vətən müharibəsinə “getməsi” məqsədsiz, 70 yaşlı qarının öz canını yüksək çinli məmura – icra başçısına qurban “verməsi” isə, məqsədli yalandır. Hər iki halda bu adamlar yalan deyirlər, ən azı bu yolla gündəmə gəlmək istəyirlər...
Qədim mənbələrdə - “Kəlilə və Dimnə”də və “Qabusnamə”də deyilir ki, yalan danışmaq əqlin yox, iradənin zəifliyinə dəlalət edir. Elmi dillə desək, yalançılar axmaq deyillər, ağıllı olmasalar da, hiyləgər adamlardır. Sadə dillə izah etsək, yalan danışmaq iradənin zəifliyinin, yəni qorxaqlığın əlamətidir. Yalançı bir qayda olaraq, həqiqəti deməkdən qorxur, öz dərisini qoruyur. Yaltaqlıq da yalanın məqsədli, daha hiyləgər forması olsa da, qorxaqlığın göstəricisidir. Daim “kişilik”dən danışan qoca məmuru yəqin xatırlayırsız... Bu adamın yuxarılara bu qədər yaltaqlanması yalnız hiyləgərliyin deyil, həm də qorxaqlığın əlaməti idi. Deyilənə görə, bu adam hətta kabinetində tək oturmağa qorxurdu, daim qapını açıq qoyurdu. Əməkdaşları da ondan qorxurdular, icazəsiz tualetə belə çıxmırdılar...
Deməli, yaltaqlığın əsas obyektiv səbəbi cəmiyyətdə azadlığın yox, qorxunun hakim olmasıdır. Odur ki, yaltaqlıq cəmiyyətdə münbit torpağa düşüb yayılır, çünki mükafatlandırılır. Yaltaqların daha sürətlə irəli getməsi, maddi nemətləri əldə etməsi göz qabağındadır. Oxucu haqlı olaraq deyə bilər ki, bunlar hamısı aydındır. Bəs biz nə etməli, yaltaqlığa qarşı necə mübarizə etməliyik?! Axı, böyük Marks da deyir ki, təklif vermədən tənqid etmək şərəfslizlikdir. Təklif çox sadədir, biz ilk növbədə cəmiyyətdə yaltaqlığın obyektiv səbəbini – qorxu mühitini aradan qaldırmalıyıq. Azad insan – azad cəmiyyət vəhdətinə nail olmalıyıq. Bu isə yalnız keçmişin qalıqları ilə deyil, həm də bu günün əngəlləri ilə mübarizə deməkdir. Bu mübarizəyə siyasi düşüncəsindən, iqtisadi vəziyyətindən asılı olmayaraq, hamı qoşulmalıdır. Yalnız bundan sonra subyektiv səbəbləri aradan qaldırmaq olar...
Bəli, bu bəlanın subyektiv səbəbləri də var və hamıya məlumdur: aşağılardan ictimai, yuxarılardan şəxsi qınağın olmamasıdır. Ona görə də, cəmiyyətdə yaltaqlıq alaq otu kimi sürətlə artır, hər yerə yayılır. Əvvəla, insan təbiətən tərifə həvəslidir, Qərbdən Şərqə keçdikcə, bu həvəs də yüksəlir. Sonra, yaltaqlar hiyləgər adamlardır, insana özü haqqında düşündüklərini deməyə çalışırlar. Odur ki, biz cəmiyyət olaraq, yuxarılardan şəxsi qınağa təsir etmək imkanından məhrumuq. Amma biz əlimizdən gələni etməliyik, cəmiyyətdə yaltaqlığa qarşı ictimai qınağı aşağıdan təşkil etməliyik. Gəlin yaltaqları saymayaq, tanımayaq, adam yerinə qoymayaq, heç onlara salam verməyək və salamını da almayaq. Amma biz bir cəmiyyət olaraq, bunu yalnız yaltaqlığın obyektiv səbəbini – cəmiyyətdə qorxu mühitini aradan qaldırıldıqdan sonra edə bilərik...
Qalib ARİF
Tarix: 16-03-2022, 10:29 Oxunub: 558
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
30-11-2021, 20:41
Helikopter qəzası və "informasiya qəzası"
28-11-2021, 09:00
Hollivud erotik səhnələrdən və seksdən imtina edib
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
9-10-2020, 08:23
Dr. Aynur Cavadova ilə müsahibə
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
15-12-2021, 08:13
Covid varlıları kasıblaşdırdı, bəs kasıblara nə oldu?
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
26-01-2022, 08:38
“Bu gün fərman verən sabah can verir…”
28-02-2022, 16:23
"Qanunun Aliliyi İcra Məmurlarının fəaliyyətlərinin əsas istiqamətləridir!"- Aybəniz Dənizin təqdimatında...
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
21-07-2021, 15:07
Qurban eşq bayramıdır!
















