Ermənistan Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu - RƏSMİ



Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.


Tarix: 8-12-2021, 17:06 Oxunub: 348


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031